Morata həyat yoldaşından ayrıldığını açıqladı
“Milan”ın hücumçusu Alvaro Morata həyat yoldaşından ayrıldığını açıqlayıb.
Komanda.az xəbər verir ki, ispaniyalı futbolçu sosial şəbəkə hesabında çox fikirləşdikdən sonra bu qənaətə gəldiklərini bildirib:
“Çox fikirləşdikdən sonra bu qənaətə gəldik ki, yollarımız ayrılmalıdır. 8 il bir-birimizi sevdiyimiz və dəstəklədiyimiz gözəl münasibətimiz var idi. Münasibətimizin bəhrəsi dörd uşaq oldu. Ağrılı bir qərar verdik, lakin sizdən situasiyaya anlayışlı olmağınızı və fərqli hekayələr uydurmamağınızı xahiş edirik”.
İspaniyalı forvard 2017-ci ildən italiyalı model Alise Kampello ilə evli idi. Cütlüyün dörd övladı var.
Morata bir müddət əvvəl “Atletiko”dan ayrılaraq, “Milan”la müqavilə bağladığı A Seriyasına qayıdıb. O, bundan əvvəl “Yuventus”da çıxış edib.
Bizi Facebook-da izləyin