Morata “Milan”a keçdi – Özünə nömrə seçməlidir

“Atletiko”dan ayrılan İspaniya millisinin hücumçusu Alvaro Morata “Milan”a keçib. Lakin o, hələ də nömrə seçiminə qərar verə bilmir.

Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu çox güman ki, Olivye Jirunun eyni mövqedə oynadığı “9 nömrə”ni götürəcək. Amma hələlik Morata bu məsələdə tərəddüd edir:

“Hələ bilmirəm, görərik”.

“Milan” İtaliya çempionatının son mövsümünü 2-ci pillədə başa vurub. A Seriyasının yeni mövsümü avqustun 18-də başlayacaq. Milan klubu ilk matçda “Torino” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button