Morata İtaliya klubu ilə anlaşıb

“Atletiko”nun hücumçusu Alvaro Morata karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu “Milan”a keçməyə yaxındır.

“Milan” rəhbərliyi Moratanın müqaviləsində təzminat kimi nəzərdə tutulan 13 milyon avronu ödəməyə razılaşıb. Morata illik 5 milyon avro maaşla 2028-ci ilə qədər olan müqavilə imzalayacaq.

31 yaşlı futbolçunun bu həftə “Milan”da tibbi müayinədən keçəcəyi bildirilir.

O, dünən İspaniya millisinin heyətində Avropa çempionatının qalibi olub.

Morata La Liqanın son mövsümündə 15 qol vurub, 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button