İspaniya millisinin üzvü “Atletiko”da – Rəsmi
İspaniyalı müdafiəçi Ruben le Norman komandasını dəyişib.
Komanda.az Madrid klubunun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu “Real Sosyedad”dan “Atletiko”ya keçib.
Norman “Atletiko” ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə bağlayıb. Onun transferinin Madrid klubuna 34,5 milyon avroya başa gələcəyi bildirilirdi.
Norman ötən mövsüm La Liqada 29 oyun keçirib, 2 qol vurub. O, İspaniya millisinin heyətində 2024-cü il Avropa çempionatının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin