Serxio Ramos Argentina klubu ilə danışıqlar aparır
Serxio Ramos karyerasını Argentinada davam etdirə bilər.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu ilə “Boka Xuniors” maraqlanır, tərəflər artıq danışıqlar aparırlar.
Ramosun son klubu peşəkar karyerasına başladığı “Sevilya” olub. 38 yaşlı futbolçu Əndəlus klubuna 2023-cü ilin yayında azad agent kimi qayıdıb.
Hazırda azad agent statusu daşıyan müdafiəçi ötən mövsüm “Sevilya”nın heyətində bütün turnirlərdə 37 oyun keçirib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun İspaniya klubu ilə müqaviləsi yayda başa çatıb.
İspaniya millisinin sabiq futbolçusu bundan əvvəl “Real”da və PSJ-də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin