
DÇ-2026: Sabiq futbolçu əsas favorit kimi İspaniya millisini görür
“Barselona”nın sabiq futbolçusu Qari Lineker DÇ-2026-nın əsas favoriti hesab etdiyi komandaların adlarını açıqlayıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ingiltərəli sabiq futbolçu, əsas favoritlərdən birinin İspaniya millisi olduğunu deyib:
“Əsas favoritlərdən biri İspaniya millisidir. Onların indi möhtəşəm heyəti var. İngiltərənin də güclü heyəti var, amma bizim komandamız üçün belə turnirlər həmişə çətin olur. Argentina və Fransa millilərinin də qələbə şansları yüksəkdir. Lionel Messini unutmamalıyıq. O, hələ də ən yüksək səviyyədə çıxış edir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



