Mahnı oxudular, UEFA tərəfindən cəza aldılar
İspaniya millisi ötən ay finalda İngiltərəyə 2:1 hesabı ilə qalib gələrək, Avropa çempionu oldu. Qələbədən sonra Alvaro Morata və Rodri Cəbəllütariqin mənsubiyyəti haqqında siyasi xarakterli mahnı oxuyublar.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, UEFA tezliklə araşdırma aparmağa başlayıb və indi qərar qəbul edilib. Morata və Rodri İspaniya millisinin növbəti oyunu üçün cəzalanıb.
Futbolçular davranış qaydalarını pozmaqda və idmançıya xas xarakter nümayiş etdirməməkdə təqsirli biliniblər. Belə ki, Morata və Rodri UEFA Millətlər Liqasının yeni mövsümündə İspaniya millisinin açılış matçını buraxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin