Enrike: “Nadir hallarda rast gəlinən futbol axşamlarından biri idi”

İspaniya millisinin baş məşqçisi Luis Enrike UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Almaniyaya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Enrike, 6:0 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları deyib:

“Bu, nadir hallarda rast gəlinən futbol axşamlarından biri idi. Futbolçularım ilk dəqiqədən bütün tapşırıları yerinə yetirməyə başladılar. Komanda ruhu yerində olduqda edilməyəcək heç nə yoxdur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button