İspaniya millisində ciddi itki
“Atletik”in vingeri Niko Uilyams UEFA Millətlər Liqasının qrup mərhələsində İspaniya yığmasının qarşıdakı oyunlarında iştirak etməyəcək.
Komanda.az “Yahoo”-ya istinadən xəbər verir ki, hücumameyilli futbolçu əzələləri zədələndiyi üçün meydana çıxa bilməyəcək. Onun zədəsinin ciddi olmadığı, lakin həkimlərin futbolçunun sağlamlığını riskə atmamaq qərarına gəldiyi qeyd edilir.
22 yaşlı futbolçunun əvəzinə İspaniya yığmasına “Real Sosyedad”dan Serxio Qomez dəvət olunub.
Uilyams İspaniya çempionatının cari mövsümündə 7 oyun keçirib, 1 qol vurub. Onun transfer dəyəri 70 milyon avro qiymətləndirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin