İspaniya millisi dünya çempionu olub
İspaniyanın 20 yaşadək qadın futbolçulardan ibarət milli komandası dünya çempionu olub.
Komanda.az xəbər verir ki, Pedro Lopesin baş məşqçi olduğu yığma Kosta-Rikada təşkil olunan mundialın finalında Yaponiyanı 3:1 hesabı ilə məğlub edib.
Niderlanda 4:1 hesabı ilə qalib gələn Braziliya bürünc medala sahib çıxıb.
“Barselona”nın hücumçusu Salma Paraluelo turnirin ən yaxşı oyunçusu seçilib.
2020-ci ildəki dünya çempionatı koronavirusa görə ləğv edilib. Sonuncu yarış 2018-ci ildə Fransada baş tutub. İspaniya həmin turnirin finalında məhz Yaponiyaya 1:3 hesabı ilə uduzmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin