Millinin baş məşqçisi ilə müqavilə uzadılacaq
İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente milli komanda ilə 2024-cü ilin yayında başa çatacaq müqaviləsini martda, Kolumbiya ilə yoldaşlıq oyunu öncəsi uzadacaq.
Komanda.az AS-a istinadən xəbər verir ki, tərəflər arasında yeni anlaşma 2026-cı ilə qədər davam edəcək.
La Fuente 2023-cü ildə millinin baş məşqçi postuna gətirilib. O, milli ilə keçirdiyi 10 matçda 9 qələbə qazanıb, 1 oyunda isə məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin