İspaniya millisi Bakıdakı dünya çempionatında mübarizəni dayandırıb

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, H qrupunda İsrail – İspaniya matçı baş tutub. Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada rəqibini məğlub edən (4:2) İsrail xallarının sayını 6-ya çatdıraraq 1/8 finala yüksəlib.

Hesabında 3 xal olan İspaniya mübarizəni dayandırıb.

H qrupunun Serbiya – Qana oyunu saat 19:30-da start götürəcək. Serbiyanın 6 xalı var. Afrika təmsilçisi isə əvvəlki iki qarşılaşmada məğlub olub.

Dünya çempionatı iyunun 1-də başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button