İspaniya millisi Almaniyanı məğlub etdi, ilk yarımfinalçı oldu

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında keçirilən 1/4 final görüşü başa çatıb.

Komanda.az xəbər verir ki, Ştutqartdakı “MHP Arena” stadionunda keçirilən qarşılaşmada ispanlar 2:1 hesablı qələbə qazanıb.

Görüşdə hesabı 52-ci dəqiqədə ispanlardan Dani Olmo açıb. 89-cu dəqiqədə isə Florian Virts “status kvo”nu bərpa edib. Matçın əsas vaxtı heç-heçə ilə yekunlaşdığından qalib əlavə dəqiqələrdə müəyyənləşib. Hər biri 15 dəqiqədən ibarət əlavə iki hissənin sonuncu dəqiqəsində daha bir qol vuran pireneylilər yarımfinala çıxıblar.

İspaniya millisinin yarımfinaldakı rəqibi Portuqaliya – Fransa cütünün qalibi olacaq.

AÇ-2024
1/4 final

5 iyul

İspaniya – Almaniya 2:1
Qollar
: Dani Olmo, 51. Mikel Merino, 119 – Florian Virts, 89.
Baş hakim: Entoni Teylor (İngiltərə).
Ştutqart. “MHP Arena”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button