Raul Bundesliqada işləyə bilər
İspaniya milli komandasının və “Real”ın sabiq futbolçusu Raul Qonsales Almaniyada işləyə bilər.
Komanda.az “goal.com”a istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis “Ayntraxt” komandasında baş məşqçilik edə bilər. Frankfurt təmsilçisinin nümayəndələri Raulla danışıqlar aparıb. Qonsaleslə bağlı son qərar mövsümün sonunda veriləcək.
Raul hazırda “Real”ın əvəzedici komandasını – “Kastilya”nı çalışdırır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin