Koşta razılıq verdi – yayda yeni komandasına qoşulacaq
İspaniya milli komandasının sabiq hücumçusu Dieqo Koşta karyerasını Portuqaliyada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 32 yaşlı futbolçu “Benfika” klubu ilə razılıq əldə edib. Bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri məlumat yayıb. Xəbərdə, Koştanın “Benfika” ilə ilkin razılığa gəldiyi və yayda azad agent kimi Portuqaliya klubuna keçəcəyi bildirilib.
Dieqo Koştanın son klubu İspaniya “Atletiko”su olub. Braziliya əsilli ispaniyalı hücumçu 2020-ci ilin dekabrından klubsuzdur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin