Dieqo Koştanın yeni klubu
İspaniya milli komandasının sabiq hücumçusu Dieqo Koşta karyerasını Braziliyada davam etdirəcək.
Komanda.az “goal.com”a istinadən xəbər verir ki, 32 yaşlı futbolçu “Atletiko Mineyro” klubu ilə razılaşıb. Koşta yaxın zamanda Braziliya təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq.
Hücumçu yeni klubunda illik 2,6 milyon avro məvacib alacaq.
Dieqo Koştanın son klubu İspaniya “Atletiko”su olub. Braziliya əsilli ispaniyalı hücumçu 2020-ci ilin dekabrından klubsuzdur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin