AÇ-2020: “Belə 10 oyun oynasaq, 9-nu qazanarıq” – İspaniya millisinin üzvü
İspaniya milli komandasının müdafiəçisi Emerik Laport AÇ-2020-nin qrup mərhələsinin ilk turunda İsveçlə qarşılaşdıqları oyundan (0:0) sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Laport, sözügedən matçda yaxşı performans sərgiləyə bilməyən və azarkeşlər tərəfindən fitə basılan Alvaro Morataya dəstək olub:
“Fitə basılmaq yeni bir şey deyil. Morata bir çox şeyi sübut edən futbolçudur. Onun bu oyunda yaxşı çıxış etmədiyi açıqdır. Ancaq növbəti oyunda üç qol vurub, hər kəsi susduracaq.
Bu gün qol vura bilmədik, növbəti oyun 5-ni vura bilərik. Hücumçu problemimiz yoxdur. Bu oyunda işlərimiz yolunda getmədi. Belə 10 oyun oynasaq, 9-nu qazanarıq. Bu gün isə heç-heçə etdik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin