İspaniya millisinin keçmiş baş məşqçisi Ekvadora gedir?
İspaniya milli komandasının keçmiş baş məşqçisi Roberto Moreno Ekvador yığmasını çalışdıra bilər.
Komanda.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb. Xəbərdə, Morenonun Avropada qalmaq istədiyi, ancaq Ekvador Futbol Federasiyasından yaxşı təklif aldığı bildirilir. Federasiya 42 yaşlı mütəxəssisə illik 1,3 milyon avro məvacib təklif edib. Morenonun bu təklifə qısa zamanda cavab verəcəyi bildirilir.
Roberto Moreno 2019-cu ilin iyunundan noyabra qədər İspaniya yığmasını çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin