“Almaniya qalib gəlsəydi, haqsızlıq olardı” – Ramos
İspaniya milli komandasının futbolçusu Serxio Ramos UEFA Millətlər Liqasının ilk turunda Almaniya ilə qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan kapitan, 1:1 hesabıyla bitən görüşü belə şərh edib:
“Almaniya qalib gəlsəydi, haqsızlıq olardı. Çox güc sərf etdik və sonda istədiyimizə nail olduq. Uşaqlar nizam-intizamı qorudu və istədiyimizi aldıq. Sonda ölən ümidlərdir, biz özümüzə güvənirdik.
Ümumilikdə, debüt oyununa çıxan uşaqlar da yaxşı performans sərgilədilər. Onlar cəsarətli və acdırlar, İspaniyanı daha da gücləndirmək istəyirlər”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin