
“Artıq səhv edə bilmərik” – Alba
İspaniya milli komandasının futbolçusu Jordi Alba DÇ-2022-nin seçmə mərhələsində İsveçə qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, ispan müdafiəçi, 1:2 hesabıyla uduzduqları görüşlə bağlı bunları deyib:
“Məğlubiyyətə layiq deyildik. İlk hissədə yaxşı çıxış etdik. Qoldan dərhal sonra rəqibin hesabı bərabərləşdirməsi pis oldu. Əks-hücumlarda yaxşı oynadılar.
Artıq səhv edə bilmərik. Qarşıda çətin oyunlarımız var. Bu matçlarda qələbə qazanmalıyıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin