AÇ-2020: “Hirsimizi, gücümüzü göstərdik, irəlidə daha yaxşı olacağıq”
İspaniya milli komandasının futbolçusu Emerik Laport AÇ-2020-nin yarımfinalında İtaliya yığmasına məğlub olduqları oyundan (1:1, penaltilər 2:4) sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, müdafiəçi, məğlub olmalarına baxmayaraq, oyunlarından razı qaldığını deyib:
“Məni ən çox məyus edən penaltilərlə vida etmək oldu. Bir aydır birlikdəyik, çox çalışdıq və bəhrəsini gördük.
Gənc və möhtəşəm futbolçularımız var. Möhtəşəm komanda olduğumuzu sübut etdik. Hirsimizi, gücümüzü göstərdik, irəlidə daha yaxşı olacağıq. Nəticədə, yaxşı futbol oynadıq. Məğlub olmağımıza baxmayaraq, oyunumuzdan məmnunam”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin