Ölümlə təhdid olunan Moratanın həyat yoldaşı: “Bu, böyük cahillikdir”
İspaniya milli komandasının futbolçusu Alvaro Morata ölümlə təhdid olunub.
Komanda.az xarici mətbuata xəbər verir ki, bu barədə Moratanın həyat yoldaşı Alis Kampello məlumat yayıb. O, Morataya nifrət və təhqir dolu mesajların, ölüm təhdidlərinin gəldiyini deyib:
“Bu, böyük cahillikdir. Məndən daha zəif birinə belə mesajlar gəlsəydi, yəqin böyük problemlər yaşayardı. İdman insanları bir yerə gətirir. Ümid edirəm ki, insanlar bu hərəkətlərinə son verəcəklər”.
Morata AÇ-2020-nin yarımfinal mərhələsində İtaliyaya qarşı keçirilən matçın penaltilər seriyasında qol vura bilməyib.
Morata və Kampello 2017-ci ildən evlidirlər və üç uşaqları var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin