Luis Enrike: “Bu turniri qazanmaq istəyirik”

İspaniya milli komandasının baş məşqçisi Luis Enrike Millətlər Liqasının yarımfinalında İtaliyaya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan Enrike, matçdan gözləntiləriylə bağlı bunları deyib:

“Bu turniri qazanmaq istəyirik. Avropa çempionatının son qalibinə qarşı oynayacağıq. Qarşılaşma İtaliyada oynanılacaq. Azarkeşlərin çoxunun bu komandanı dəstəkləyəcəyini bilirik. Bizim üçün bundan yaxşı motivasiya ola bilməz.

Oyunu səbirsizliklə gözləyirəm. Şübhəsiz ki, İtaliya millisi müasir futbolun ən yaxşı oyun üslublarından birinə sahibdir. Maraqlı oyun olacaq”.

Sabah keçiriləcək İtaliya – İspaniya matçı saat 22:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button