AÇ-2020: “Bu, oyunun taleyini həll edən məqam oldu” – Enrike
İspaniya milli komandasının baş məşqçisi Luis Enrike AÇ-2020-nin qrup mərhələsinin 2-ci turunda Polşaya qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Enrike, 1:1 hesabıyla bitən matçı belə şərh edib:
“Həqiqətən, bu oyunu yenidən izləyib, təhlil etmək istəyirəm. Oyunda üstün olsaq da, qələbə qazana bilmədik. Polşa millisinin oyununu bəyəndim. Bəzi yaxşı qol imkanları oldu.
Bəzi epizodlarda sadə oynamaqdansa, çətini seçdik. Penalti zərbəsində uğursuz olduq. Bu, oyunun taleyini həll edən məqam oldu”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin