Enrike Ukraynaya məğlubiyyətdən danışdı: “Qəribə heç nə yoxdur”

İspaniya milli komandasının baş məşqçisi Luis Enrike UEFA Millətlər Liqasında Ukraynaya məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Enrike, 0:1 hesabıyla bitən görüşü belə şərh edib:

“Qəribə heç nə yoxdur. Bu gün çoxlu qol imkanları yaratsaq da, istifadə edə bilmədik. Rəqib 90 dəqiqə ərzində bütün ötürmələrimizin qarşısını almağa çalışdı. Traore də cinahdan yaxşı hücumlar başlatdı, lakin həm hücumları nəticələndirmək üçün tələsirdik, həm də rəqibin güclü təzyiqi var idi. İspaniyada insanlar De Xeanı günahlandırmağa öyrəşiblər. Karyeramda belə məğlubiyyətlər çox olub. Amma ümumilikdə götürsək, futbolçularımın oyunundan razı qaldım”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button