Luis Enrikeni qəzəbləndirən sual
İspaniya milli komandasının baş məşqçisi Luis Enrike Millətlər Liqasının yarımfinalında İtaliyaya qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında jurnalistlərə qəzəblənib.
Komanda.az xəbər verir ki, Enrike, “heyətdə nə üçün sırf “9 nömrəli” bir hücumçu yoxdur” sualına sərt reaksiya verib:
“Heyətdə 6-7 futbolçu var ki, hücumda oynaya bilər. Başqalarını eşitmirəm, öz düşüncələrimə önəm verirəm. Zaman mənim haqlı olduğumu göstərəcək. Heç bir şey oxumuram. Çünki futbolu sizdən yaxşı bilirəm və sizdən daha çox məlumatlıyam. Komandanı necə oynatmaq istədiyimi bilirəm. İllərdir mətbuatı oxumamağımın səbəbi yazdıqlarınıza əhəmiyyət verməməyimdir”.
Bu gün keçiriləcək İtaliya – İspaniya matçı saat 22:45-də başlayacaq.
Bizi Facebook-da izləyin