Enrike: “Yaxşı oynadıq, komandamdan çox məmnunam”
İspaniya milli komandasının baş məşqçisi Luis Enrike Millətlər Liqasının yarımfinalında İtaliyanı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Enrike, 2:1 hesabıyla qələbə qazandıqları oyunla bağlı bunları deyib:
“Oyun bizim üçün yaxşı keçdi. Meydanda ən yaxşı keyfiyyətlərini nümayiş etdirən iki komanda var idi. Yaxşı oynadıq, komandamdan çox məmnunam. Yaxşı müdafiə olunduq, rəqibi təzyiq altında saxladıq və cəsarətli olduq. Bu, sadəcə bir oyun idi, hələ titul qazanmamışıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin