AÇ-2020: “9 ildir çöldəydik, artıq geri qayıtdıq” – Enrike
İspaniya milli komandasının baş məşqçisi Luis Enrike AÇ-2020-nin yarımfinal mərhələsində İtaliyaya məğlub olduqları oyundan (1:1, penaltilər 2:4) sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Enrike, İtaliya yığmasının çempion olmasını istədiyini deyib:
“İki möhtəşəm komanda gördüm. İtaliyanı təbrik edirəm. İtalyanlar Avropa çempionatları tarixinin ən yaxşı oyunlarından birini oynadılar.
9 ildir çöldəydik, artıq geri qayıtdıq.
Ümid edirəm ki, finalda yaxşı oyun görərik. Mənim peşmanlığım yoxdur. İtaliyanın çempion olmasını istərdim.
Bu gün meydanda Pedrinin etdiyini daha əvvəl heç kim etməyib, Andres İnyesta belə”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin