Keçmiş klubundan David Vilyaya dəvət
İspaniya milli komandası tarixinin bombardiri olan David Vilya həftəsonu keçiriləcək “Valensiya” – “Betis” matçını stadiondan izləyəcək.
Komanda.az xəbər verir ki, bu barədə ispan forvardın keçmiş klubu olan “Valensiya”nın mətbuat xidməti məlumat yayıb. Xəbərdə, Vilya və ailəsinin “Valensiya” – “Betis” matçına dəvət olunduqları, qarşılaşmanı stadiondan izləyəcəkləri bildirilib. Görüş fevralın 29-da keçiriləcək.
98 dəfə İspaniya yığmasının formasını geyinən Vilya, 59 qolla millinin bombardirdir. Karyerası ərzində “Valensiya”, “Barselona”, “Nyu York Siti” kimi klubların şərəfini qoruyan hücumçu, son olaraq Yaponiya “Vissel Kobe”sinin formasını geyinib. 38 yaşlı keçmiş futbolçu fevralın əvvəlində karyerasını bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin