AFFA Miçeli milliləşdirəcək? – Açıqlama
İspaniya mətbuatının AFFA-nın “Qarabağ”ın ispan legioneri Miçeli Azərbaycan millisinə cəlb etmək istədiyini iddia etdiyini xəbər vermişdik.
Komanda.az xəbər verir ki, bu məsələ ilə bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla “Azərbaycan radiosu”na açıqlama verib:
“Miçelin milliləşdirilməsi ilə bağlı yayılan xəbərlər tamamilə əsassızdır. AFFA-nın belə bir istəyi və təklifi olmayıb. Futbolçu FİFA-nın milliləşmə ilə bağlı qoyduğu qaydalardan yalnız birinə cavab verir. O da qismən. Hələ onun Azərbaycanda 5 il yaşama müddəti gələn il tamam olacaq. Digər tərəfdən də, həmin müddətdə futbolçunun 35 yaşı olacaq”.
Miçel bir müddət əvvəl “Qarabağ”la müqaviləsinin müddətini 2 il müddətinə uzadıb.
AFFA iki il əvvəl “Qarabağ”ın braziliyalı futbolçusu Riçard Almeydanı milliləşdirib.
Bizi Facebook-da izləyin