
“Real”ın Mbappeni almaq üçün pulu var?
İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Real”ın PSJ-dən Kilian Mbappeni ala biləcəyini deyib.
Komanda.az xəbər verir ki, yerli mətbuata danışan Tebas, Madrid təmsilçisinin yaxşı maliyyə gücü olduğunu deyib:
“Real”ın Mbappeni alıb-almayacağını bilmirəm. Ancaq klub Mbappe üçün lazım olan pulu ödəyə bilər. Koronavirus pandemiyasına baxmayaraq, “Real” maliyyə baxımından yaxşı bir il keçirdi”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin