La Liqanın prezidenti: “Neymarın davranışları bizim turnir üçün uyğun deyil”
İspaniya La Liqasının prezidenti Xavyer Tebas PSJ-nin futbolçusu Neymarın “Barselona”ya qayıdacağı iddiaları ilə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan Tebas, Neymarın La Liqada iştirak etməsini istəmədiyini deyib:
“Ümid edirəm ki, Neymar La Liqaya qayıtmaz. O, yaxşı oyunçu ola bilər, ancaq bizim qoruduğumuz dəyərlər daha vacibdir.
La Liqaya yaxşı oyunçuların cəlb edilməsini istəyərik. Ancaq Neymarın davranışları bizim turnir üçün uyğun deyil. Biz çox çalışırıq və La Liqanın imicini itirmək istəmirik.”
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin