La Liqanın rəhbəri Fransada mövsümün ləğv olunmasından danışdı
İspaniya La Liqasının prezidenti Xavyer Tebas koronavirusa görə Fransada mövsümün ləğv olunması haqda açıqlama verib.
Komanda.az xəbər verir ki, AS nəşrinə danışan Tebas, bunları deyib:
“Fransada belə bir qərar verməklə tələsildiyini düşünürəm. İspaniya, eləcə də digər Avropa ölkələri yerli çempionatları tamamlamaq istəyir. Məsələn, Almaniya yaxın zamanda bərpa edə bilər. Bizdə də iyunun sonuna kimi çempionat davam etdirilə bilər. İqtisadi fəaliyyətin yenidən başlanması vacibdir”.
Fransa Liqa 1-i “böyük beşlik”də koronavirus pandemiyasına görə mövsümün ləğv olunduğu ilk ölkə çempionatıdır. Bütövlükdə, Avropada daha öncə yalnız Niderland Erediviziyasında mövsümün ləğv olunduğu rəsmən açıqlanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin