“Qaydaları pozsaq, təkcə La Liqaya deyil, insanların da sağlamlığına zərər vura bilərik” – Tebas
İspaniya La Liqasının prezidenti Xavyer Tebas, “Barselona”nın futbolçusu Nelson Semedonun karantin qaydalarını pozaraq dostunun ad günü partisində iştirak etməsi haqda danışıb.
Komanda.az xəbər verir ki, Tebas, Semedonun sosial məsafə qaydalarını pozması və maska taxmadığı üçün məşqdən uzaqlaşdırılmasına münasibət bildirib:
“Ümid edirik ki, bu cür şeylərə bir daha yol verilməyəcək. Ancaq futbolçular belə partilərə getməyə davam etsə, artıq başqa yolumuz qalmayacaq. Futbolçulara etibar etdiyimizi əvvəlcədən də sübut etmişik. Onlardan istədiyimiz etimadımızı doğrultmalarıdır. Qaydaları pozsaq, təkcə La Liqaya deyil, insanların da sağlamlığına zərər vura bilərik”.
Nelson Semedo karantin qaydalarını pozduğu üçün “Barselona”nın əsas komandasından uzaqlaşıdırlıb.
La Liqa dünən keçirilən “Sevilya” – “Betis” matçıyla (2:0) başlayıb.
Bizi Facebook-da izləyin