Baş məşqçi La Liqanın bərpa tarixini açıqladı

Koronavirus pandemiyası səbəbiylə dayandırılan futbol üzrə İspaniya La Liqasının bərpa tarixi müəyyənləşib.

Komanda.az “Marca”ya istinadən xəbər verir ki, bu barədə “Leqanes”in baş məşqçisi Xavyer Aqirre məlumat verib. Baş məşqçi, çempionatın iyunun 20-də bərpa olunacağını və iyulun 26-dək yekunlaşacağını bildirib:

“Oyunlar şənbə, bazar, eyni zamanda, çərşənbə və cümə axşamları keçiriləcək. La Liqa rəhbərliyi bu tarixi mənə bildirdi. Buna görə xoşbəxtəm, çünki artıq məşq planlarımız var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button