
“El klasiko”nun hakimi açıqlandı
İspaniya La Liqasının 30-cu turu çərçivəsində keçiriləcək “Real” – “Barselona” matçının baş hakimi məlum olub.
Komanda.az xəbər verir ki, aprelin 10-da oynanılacaq “el klasiko”nu Antonio Mateu Laos idarə edəcək. Bu barədə “Marca” nəşri məlumat yayıb.
Aprelin 10-da, “Alfredo di Stefano” stadionunda keçiriləcək “Real” – “Barselona” matçı saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin