Koronavirus La Liqaya da bulaşdı
İspaniya La Liqasının 28 və 29-cu turunun oyunları azarkeşsiz keçiriləcək.
Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Xəbərdə, İspaniyada koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədiylə La Liqanın növbəti iki turunun oyunlarının azarkeşsiz keçiriləcəyi bildirilib. İspaniya Sequndasının da növbəti iki turu azarkeşsiz olacaq.
İspaniyada 1200-dən çox adamda koronavirus aşkarlanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin