Messiylə şəkil çəkdirmək istəyən azarkeşə sərt cəza verilə bilər

İspaniya La Liqasının 28-ci turunda keçirilən “Malyorka” – “Barselona” matçında (0:4) meydana girən azarkeş cəzalandırılacaq.

Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Xəbərdə, azarkeşsiz keçirilən oyunda meydana daxil olan fanatın 4 min avro məbləğində cərimələnməsinin təklif olunduğu bildirilib. “Malyorka” klubuna isə 20 min avro məbləğində cəza verilə bilər.

Koronavirusa görə azarkeşsiz keçirilən “Malyorka” – “Barselona” matçında bir fanat Lionel Messi ilə şəkil çəkdirmək üçün meydana daxil olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button