La Liqa adalarda keçirilə bilər

İspaniya La Liqasında mövsümün qalan hissəsinin oyunları Kanar adalarında keçirilə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Tenerife Otelçilər Birliyi İspaniya Futbol Federasiyasına və La Liqa rəhbərliyinə oyunların Kanar adalarında keçirilməsini təklif edib.

Birliyin rəhbəri Xorxe Mariçal bir çox klubların təlim-məşq toplanışını Kanar adalarında keçirdiyini, bu səbəbdən də adada otellərin və futbol üçün lazım olan infrastrukturun mövcud olduğunu deyib. Eyni zamanda adada 2 mindən çox nəfəri qəbul edə biləcək xəstəxanalar şəbəkəsi də var.

İspaniya La Liqası martın 12-dən koronavirusa görə təxirə salınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button