Tebasdan La Liqa klublarına xəbərdarlıq, təhdid dolu açıqlama
İspaniya La Liqasında mövsüm bərpa olunacağı halda, oynamaq istəməyən klublar və futbolçular cəzalandırılacaq.
Komanda.az xəbər verir ki, bu barədə La Liqanın prezidenti Xavyer Tebas AS nəşrinə açıqlamasında deyib. O, La Liqanın koronavirusa görə erkən bitiriləcəyi halda, nə qədər maddi ziyana uğrayacaqlarını da açıqlayıb:
“Oynamaqdan imtina edən klublara və futbolçulara nə olacaq? Klub üçün ilkin variant texniki məğlubiyyətin verilməsidir. Ancaq onlar bizə desə ki, oynaya bilirik, lakin komanda üzvləri bundan imtina edir onda futbolçulara sanksiyalar tətbiq ediləcək. Mövsüm erkən bitirilsə, təxminən 1 milyard avroya yaxın itki olacaq. Oyunlar azarkeşsiz keçirilsə də, 350 milyon avroya yaxın pul itirəcəyik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin