İspaniya kubokunun daha 5 oyunu təxirə salınıb
“Dana” qasırğasına görə İspaniya kral kubokunun daha beş oyunu təxirə salınıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya Kral Futbol Federasiyasının mətbuat xidməti “Dana” qasırğasının nəticələri və daşqınlar səbəbindən kubokun daha 5 oyununun təxirə salındığını açıqlayıb.
Bundan əvvəl “Parla Eskuela” – “Valensiya” və “Pontevedra” – “Levante” matçları müvafiq olaraq 6 və 11 noyabra təxirə salınmışdı.
Təxirə salınan oyunların siyahısına indi “Manises” – “Xetafe” (təxmin edilən tarix daha sonra bəlli olacaq), “Ejea” – “Herkules” (6 noyabr), “Jove” – “Real Sosyedad” (təxirə salınma tarixi daha sonra bəlli olacaq), “Xeres” – “Seuta” (6 noyabr) və “Chiclana” – “Osasuna” (5 noyabr) matçları əlavə olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin