İspaniya kuboku: “Barselona” mübarizəni dayandırıb
İspaniya kubokunun 1/4 final mərhələsi çərçivəsində “Atletik” doğma meydanda “Barselona”nı qəbul edib.
Komanda.az xəbər verir ki, qarşılaşma “San-Mames” stadionunda keçirilib.
Matçda meydan sahibləri qalib gəliblər – 4:2. Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatdığından əlavə vaxta ehtiyac yaranıb. “Atletik”in heyətində Qorka Quruseta və Oyan Sanse fərqləniblər. “Barsa”dan isə Robert Levandovski və Lamin Yamal rəqib qapısına yol tapıblar.
106-cı dəqiqədə İnyaki Uilyams “Atletik”i hesabda önə çıxarıb. Görüşdə son nöqtəni 120-ci dəqiqədə Uilyams qoyub.
Beləliklə, “Atletik” kubokun yarımfinalına vəsiqə qazanıb, “Barselona” isə turnirlə vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin