“Selta”nın sabiq kapitanı cinsi təcavüzdə təqsirli bilindi

İspaniyanın “Selta” klubunun sabiq kapitanı Hüqo Mallo cinsi təcavüzdə təqsirli bilinib.

Komanda.az AS-a istinadən xəbər verir ki, hadisə 2019-cu ilin aprelində İspaniya çempionatı matçından əvvəl baş verib.

Müdafiəçi tutuquşu paltarı geyinmiş qadın maskota təcavüz edib. Məhkəmənin hökmünə əsasən, futbolçu zərərçəkmişə 1000 avro təzminat ödəməlidir. Bundan əlavə, növbəti 20 ay ərzində o, qadına hər gün 10 avro ödəməlidir.

33 yaşlı müdafiəçi hazırda Yunanıstanın “Aris” klubunda çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button