
“Real Sosyedad”da baş məşqçi ilə bağlı qərar verilib
“Real Sosyedad”ın baş məşqçisi İmanol Alquasil İspaniya çempionatının cari mövsümündə komandasının inamsız çıxışına baxmayaraq, fəaliyyətini davam etdirə bilər.
Komanda.az xəbər verir ki, bu məlumatı “Fichajes” nəşri yayıb.
Rəhbərlik San Sebastian komandasının 1/8 finala yüksələ bildiyi Avropa Liqasındakı nəticələrindən razıdır. Bundan əlavə, “Real Sosyedad”ın İspaniya kubokunun yarımfinalına çıxması yüksək qiymətləndirilir, komandanın hələ də finala çıxmaq şansının qaldığı qeyd edilir.
Alquasil 2018-ci ildən “Real Sosyedad”ı çalışdırır. 53 yaşlı mütəxəssisin klubla hazırkı müqaviləsi bu yay başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin