
İspaniya klubunun futbolçusu Azərbaycan millisi ilə oyunda olmayacaq
Ukrayna millisinin futbolçusu Viktor Sıqankov DÇ-2026-nın seçmə mərhələsindəki növbəti matçlarda iştirak etməyəcək.
Komanda.az xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin zədəli olmasıdır.
İspaniyanın “Jirona” klubunda çıxış edən yarımmüdafiəçi Azərbaycan və İslandiya ilə matçlarda yığmaya kömək edə bilməyəcək.
Ukrayna millisi D qrupunda, oktyabrın 10-da Reykyavikdə İslandiya, 13-də isə Krakovda Azərbaycan millisi ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



