İspaniya klubunun futbolçusu Azərbaycan millisinə dəvət alıb

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətinə yeni futbolçu cəlb edilib.

AFFA-dan Komanda.az-a verilən məlumata görə, İspaniyanın “Marcet” klubunun yarımmüdafiəçisi Ranar Qazibəyov milliyə dəvət olunub

U-16 iyunun 15-dən 21-dək Bakıda təlim-məşq toplanışında olacaq. Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda hazırlıq çərçivəsində iyunun 19-da və 21-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button