İspaniya klubunun baş məşqçisi istefaya göndərilib

“Rayo Valyekano” baş məşqçisi Fransisko Rodrigesi istefaya göndərib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssislə müqavilənin ləğv olunduğu bildirilib. La Liqa təmsilçisi məşqçiyə karyerasında uğurlar arzulayıb.

Rodriges ötən ilin iyun ayından “Rayo Valyekano”ya baş məşqçilik edirdi. Komanda onun rəhbərliyi altında son 5 oyunun heç birində qələbə qazana bilməyib. Hazırda “Rayo Valyekano” İspaniya çempionatında 14-cü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button