İspaniya klubundan Azərbaycan millisinin üzvü ilə yeni anlaşma
Azərbaycan milli komandasının müdafiəçisi Everton Kardoso hazırkı klubu ilə müqaviləsini bir il müddətinə uzadıb.
Komanda.az xəbər verir ki, bu haqda İspaniyanın “Levante” klubu məlumat yayıb.
Ötən ilin yayında bu komandaya keçən Kardoso ilə müqavilə may ayına qədər idi. Gəldiyi gündən komandanın əsas simasına çevrilən müdafiəçinin qalması üçün ona yeni anlaşma təqdim olunub. Nəticədə razılıq əldə olunub və Kardoso 2019/20 mövsümünü də “Levante”də keçirəcək.
Qeyd edək ki, 2016-ci ildən Azərbaycan milli komandasına cəlb edilən “Qalo” 2016-2018-ci illərdə “Araz” klubunun üzvü olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin