
La Liqa klubu Onananı icarəyə götürmək istəyir
Kamerunlu qapıçı Andre Onana “Mançester Yunayted”i tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı qolkiperlə İspaniya La Liqasının təmsilçisi “Betis” maraqlanır.
“Yaşıl-ağlar” Onananı 2025/26 mövsümünün sonuna qədər icarəyə götürmək niyyətindədirlər.
Kamerunlu qapıçı ötən mövsüm “Mançester Yunayted”in heyətində 50 oyuna çıxıb, 65 top buraxıb və 11 dəfə qapısını toxunulmaz saxlayıb. Onun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



