Gürcü futbolçu üçün 30 milyon avroluq təklif hazırlanır

“Lion”un hücumçusu, Gürcüstan millisinin üzvü George Mikautadze karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, “Vilyarreal” 24 yaşlı forvard üçün 30 milyon avroluq rəsmi təklif hazırlayır. La Liqa təmsilçisi yaxın günlərdə bu təklifi “Lion”a göndərməyi planlaşdırır.

Mikautadze bu mövsüm Fransa çempionatında iki oyunda meydana çıxıb və 1 qol vurmağa nail olub.

Gürcü futbolçunun Fransa klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button